Avropa Liqası: Azərbaycan klublarının növbəti rəqibləri müəyyənləşib

Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanan “Qəbələ”, "Neftçi" və “Kəpəz”in rəqibləri müəyyənləşib.

APA-nın məlumatına görə, “Samtredia”dan (Gürcüstan) üstün olan “Qəbələ”nin rəqibi MTK olacaq. Macarıstan klubu “Aktobe"ni (Qazaxıstan) mübarizədən kənarlaşdırıb (1:1, 2:0).

Malta "Baltsan"ını keçən (2:0, 1:2) “Neftçi” növbəti mərhələdə “Şkendiya” (Makedoniya) ilə üz-üzə gələcək. Makedoniyalılar isə “Krakoviya”ya (Polşa) evdə 2:0 hesabıyla qalib gəlmişdisə, səfərdə 2:1 üstün olub.

“Kəpəz” isə iki oyunun nəticəsinə görə (1:1, 3:2) Slovakiya “Myava”sını mübarizədən kənarlaşdıran “Admira” (Avstriya) ilə qarşılaşacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri