AÇ-2016-nın ikinci finalçısı bəlli olub
- 08.07.2016, 10:59,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
AÇ-2016-da ikinci finalçı bəlli olub. Almaniya ilə Fransa milliləri qarşılaşmasında meydan sahibləri sevinən tərəf olublar.
Matç hər iki komandanın qarşılıqlı hücumları ilə başlayıb. Ancaq azarkeşlər ilk qolu görmək üçün birinci hissənin sonuna kimi gözləməli olublar. Oyunun 45-ci dəqiqəsində təyin olunan penaltini Antuan Qrizman dəqiq yerinə yetirib.
Almaniya ikinci hissədə bunun əvəzini çıxmaq üçün irəli atılsa da, əvəzində qapısında qol görüb. Sol cinahdan Poqbanın asmasından sonra kobud səhvə yol verən Noyerin xətasını Qrizman bağışlamayıb.
Bundan sonra oyunda başqa qol olmayıb və Fransa finalda Portuqaliyanın rəqibi olub.
Final qarşılaşması iyulun 10-da Parisin "Stad de Frans" stadionunda baş tutacaq.
Avropa çempionatı
Yarımfinal mərhələsi
7 iyul
Almaniya - Fransa - 0:2
Qol: Qrizman, 45 (pen.), 72
Baş hakim: Nikola Ritsoli
Marsel. “Velodrom” stadionu
APA