ABŞ prezidenti Barak Obamanın islam dininə aid geyimdə fotoları yayılıb.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, fotoları amerikalı televiziya aparıcısı Bill O'Reilli aşkarlayıb. Keniya əsilli müsəlman ailədə dünyaya gıələn Obama 90-cı illərdə ögey qardaşının nikah mərasiminə qatılarkən bu geyimi geyinib.
Bill O'Reilli islamla dərin bağlara sahib olan B. Obamanın İŞİD terror qruplaşmasının mövcudluğuna baxmayaraq, “islam terrorizmi” ifadəsini işlətməməsinin səbəbinin bu şəkildə göründüyünü deyib
Xatırladaq ki, dəfələrlə Obamanın müsəlman olduğu iddia edilsə də, o özü xristian olduğunu açıqlayıb.