"Şəki" radio və televiziya stansiyasının açılışı olub

"Şəki" radio və televiziya stansiyasının açılışı olub Bu gün Şəkidə “Şəki” radio və televiziya stansiyasının açılışı olub. Açılışda Rabitə və İnformasiya Nazirliyinin, "Teleradio" ictimai birliyinin rəhbərliyi iştirak edib. Prezident İlham Əliyevin 2013-cü ili İKT ili elan etməsi və regionların sosial iqtisadi inkşafı proqramına uyğun olaraq respublika ərazisindəki radio-televiziya stansiyalarının əsaslı təmirinə start verilib. Buna nümunə olaraq Şəkidə yenidənqurma və abadlaşdırma işlərindən sonra açılışı olan “Şəki” radio və televiziya stansiyasını misal göstərmək olar.

Açılşı ilk olaraq “Teleradio” ictimai birliyinin rəhbəri Əflatun Şərifov edib. Çıxşlar zamanı bu sahədə atılan uğurlu addımlardan bəhs edilib.

Daha sonra rəsmilər və qonaqlar stansiyaya baxış keçirib. Qonaqlara stansiyada aparılmış işlər və yeniliklər barədə məlumat verilib.

Müsahibə zamanı “Teleradio” ictimai birliyinin texniki direktoru Mikayıl Abbasov rəqəmsal yayım məsələsinə toxunub. Texniki direktorun sözlərinə görə, hal-hazırda bölgə üzrə 10 kanallıq paket yayımlanmaqdadır. Lakin bu yayım paketlərinin yaxın zamanlarda çoxaldılması nəzərdə tutlur

İctimai birliyin rəhbərliyindən verilən məlumata əsəasən yenidənqurma və bərpa işlərinin İsmayıllıda və digər rayonlarda yerləşən stansiyalarda da aparılması nəzərdə tutulur.


Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri