Uorlik: "Azərbaycan və Ermənistan prezidentləri Kerri ilə görüşdə müharibəni rədd etdilər”
- 09.07.2016, 11:42,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır".
APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb.
O, NATO-nun Varşavada keçirilən sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin ötən gün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdüyünü xatırladıb: “Görüşdə bütün tərəflər müharibəni rədd etdilər və danışıqlar prosesinə sadiqliklərini bildirdilər”.