Qvardioladan 100 milyonluq transfer
- 09.07.2016, 13:49,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xose Qvardiolanın "Mançester Siti"də görmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. ANS-in məlumatına görə, ispan mütəxəssis Leonardo Bonuççinin transferini istəyib.
"Mançester Siti" bu futbolçu üçün "Yuventus"a 60 milyon avro təklif edir. Bonuççinin özünə isə illik 8 milyon avrodan 5 ili əhatə edən müqavilə təklif edilir.
Beləliklə, bu transfer baş tutsa, "Mançester Siti" 29 yaşlı italyan mərkəz müdafiəçisi üçün 100 milyon avro xərcləmiş olacaq.
Leonardo Bonuççi 2010-cu ildə "Bari"dən "Yuventus"a 15,5 milyon avroya keçib. 2019-cu ilin yayına qədər Turin klubuna məxsus Bonuççinin illik məvacibi 3,5 milyon avrodur.
"Transfermarkt" hazırda ona 30 milyon avro qiymət qoyub. İtaliya millisinin üzvü ötən mövsüm 49 rəsmi oyuna 3 qol vurub.
Bu mövsümdən "Mançester Siti" sükanı arxasına keçən Xose Qvardiola 2013-cü ildə “Bayern Münhen”in baş məşqçisi olub. İspaniyalı komanda ilə 2 dəfə Almaniya çempionu, Almaniya kuboku, UEFA-nın super kuboku və klublar arası Dünya çempionu olub.