Miri Yusifin Yaşıl Teatrda "İki gün" adlı solo konserti keçirilib.
LiFe.Az xəbər verir ki, Miri Yusif konsertdə "Eurovision 2011" qalibi Nigar Camal və keçmiş "Dəyirman" qrupunun üzvləri Elmir və ABD Malik ilə duet ifa edib.
Miri Yusif qonaq qismində zalda əyləşən həyat yoldaşı Nərgiz Mirbabayevaya səslənərək "Özəl" mahnısını əvəz olunmazım Nərgizimə həsr edirəm"deyə səslənib.
Məşhur ifaçı konsertdə "Vicdan", "Mən küləyəm", "Bağışla", "Ağ təyyarələr" və s. bir çox mahnılarını səsləndirib.