Anita Tsoy: Bakıda dostlarım var

Bakıdan çox xoşum gəlir. Şəhəriniz gözəldir. Ən başlıcası isə mənim Bakıda dostlarım var.

Bu sözləri jurnalistlərə müsahibəsində “Jara” Beynəlxalq Musiqi Festivalının iştirakçısı Anita Tsoy deyib. Bakıda bundan əvvəl də olduğunu qeyd edən qonaq diqqətə çatdırıb ki, Azərbaycan xalqı səmimi, qonaqpərvər, eyni zamanda, təəssübkeşdir. Hiss olunur ki, burada insanlar çətin anda bir-birinə kömək etməyə hazırdırlar. Bu isə çox yaxşı keyfiyyətdir.

“Jara” Beynəlxalq Musiqi Festivalının insanları bir-birinə daha da yaxınlaşdırdığını deyən qonaq, onun təşkilatçılarına dərin təşəkkürünü bildirib. Anita Tsoy qeyd edib ki, bu festival tamaşaçılara xoş anlar yaşadır. Qonağın sözlərinə görə, festivalın doğurduğu müsbət əhval-ruhiyyə və xoş təəssürat uzun müddət unudulmayacaq.



AZƏRTAC
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri