Son 5 ildə əkiz uşaqların sayı artıb

Son 5 ildə əkiz uşaqların sayı artıb Əkizlərin sayı son 5 ildə artıb. 2011-ci ilin statistik məlumatlarına görə Azərbaycanda yeni doğulan körpələrin sayı 176 072 nəfərdir. Bunlardan 1506-i əkiz doğulub.


Həkimlərin sözlərinə görə son illərdə əkizlərin sayının artmasının əsas səbəbi süni mayalanmaya müraciət edənlərin say çoxluğu ilə əlaqədardır. Bu artımın digər bir səbəbi isə irsiyyətlə bağlıdır. Belə ki əgər nəsildə, ailədə əkiz uşaq nə vaxtsa doğulubsa sonrakı nəsillərdə də əkiz övladın olması gözləniləndir. Bir çox hallarda özü əkiz olan qadınların əkiz övladları dünyaya gəlir. Hətta uzun illər övladı olmayanlar belə əkiz övlada sahib ola bilir. Həkimlər ekoloji mühitin də buna təsirinin olmasını qaçılmaz amil kimi qiymətləndirirlər.


Həkimlərin sözlərinə görə, yeni doğulan uşaqlar arasında oğlanlar əksəriyyət təşkil etdiyi kimi, əkiz uşaqlar arasında da oğlanlar üstünlük təşkil edir. Xüsusən süni mayalanma ilə doğulan uşaqlarda cinsiyyət seçimi etmək mümkün olduğundan oğlan uşaqlarının dünyaya gəlməsi faktı daha çoxdur.


Şərhlər
Sosial bölməsinin xəbərləri