Samanta Pauer: “Cənubi Sudanda vəziyyət nəzarətdən çıxır”

Cənubi Sudanda vəziyyət nəzarətdən çıxır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bəyan edib.

BMT Təhlükəsizlik Şurası Cənubi Sudandakı vəziyyətlə bağlı təcili iclas keçirir. “Ölkə prezidenti Salva Kiir və yeni vitse-prezident Riek Maşar vətəndaşlara müraciət edərək onları təxribatlara uymamağa, sakitliyə çağırıb. Lakin zorakılığın qarşısını almaq mümkün olmayıb. Silahlılar mülki vətəndaşlar, o cümlədən BMT missiyasına hücum edib”, deyə S.Pauer bildirib.

Cənubi Sudanın paytaxtı Cube şəhərində hökumət qoşunları ilə müxalifət arasında şiddətli döyüşlər gedir. Son bir neçə gün ərzində ölənlərin sayı 272 nəfərə çatıb. Cənubi Sudanın Səhiyyə nazirliyi ölənlərdən 33 nəfərin dinc sakin olduğunu bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri