Berlində baş verən ixtişaşda xeyli sayda polis əməkdaşı yaralanıb
- 11.07.2016, 10:18,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniyanın paytaxtı Berlində baş verən ixtişaşda xeyli sayda polis yaralanıb.
Live.az xəbərinə görə, AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ixtişaş iki minə yaxın solçunun etiraz yürüşü zamanı baş verib. Belə ki, yürüş iştirakçıları polisə daş, şüşə və hava fişəngləri atıblar.
Berlin polisindən verilən açıqlamada bildirilir ki, ixtişaş zamanı 123 polis əməkdaşı yaralanıb, 86 yürüş iştirakçısı qısa müddət üçün saxlanılıb.