Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin üç ayı ərzində ölkə ərazisində boşanmaların sayında artım yoxdur

Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin üç ayı ərzində ölkə ərazisində boşanmaların sayında artım yoxdur Boşanma halları azalıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin üç ayı ərzində ölkə ərazisində boşanmaların sayında artım yoxdur. Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərovun sözlərinə görə, bu ilin birinci rübündə ölkədə 16 min nigah bağlanıb. Boşanmaların sayına gəldikdə isə bu rəqəm 2800 olub.

Nigahların pozulmasının səbəbinə gəldikdə isə, aparılan təhllillər zamanı məlum olub ki, boşanma üçün müraciət edən cütlüklərin 75-80% öz ərizələrində bir birlərini başa düşməmələrini əsas gətiriblər. Sonrakı yerlərdə isə, ailə zorakılığı, qısqanclıq, bir də ki bağlanan nigahdan uşağın doğulmaması səbəbləri yer alır.

Elgün Səfərovun sözlərinə görə, bütün boşanma halları komitə tərəfindən araşdırılır. “Bir-birlərini başa düşməməyinə səbəb iki aya tanış olub evlənirlər. Onlar bir birlərini tanımır. Ailələr bir birlərini tanımır. Nəticədə boşan maya səbəb olur”.

Şöbə müdiri deyir ki, komitə tərəfindən ölkənin bütün regionlarında maarifləndirmə işləri mütamadi olaraq aparılır. Mütəxəsislərin fikrincə tərəflər arasında ünsiyyət qıtlığı yaranır buda öz növbəsidə ailə daxili münaqişələrə gətirib çıxardır. Sonda isə hər iki tərəf boşanmaya qərar verir. Belə olan hallarda kənar şəxslərin ailədaxili söz söhbətlərə müdaxiləsi vəziyyəti daha da ağırlaşdırır. Bu səbəbdən də psixoloqlar belə olan halda mütəxəsislərə müraciət etməyi tövsiyyə edir.

Psixoloq, Elnur Rüstəmov: “Boşanan ailələr bir şeyi düşünməlidilər gəlkəcəkdə ailə qurmaq zərurəti yaranarsa yenədə həmin halnan üzləşməsi üzə çıxa bilər”.

Psixoloq onu da əlavə etdiki, ailə quran gənclərin gələcəkdə hər hansı problemlə üzləşməmələri üçün mütləq həkim və psixoloq müayinəsindən keçmələri tövsiyyə olunur.


Şərhlər
Sosial bölməsinin xəbərləri