Azərbaycanlı müğənni arvadını yataq otağında başqa kişiylə tutub

“Mən indən belə onun yanına qayıtsam, başıma arvad kimi yaylıq bağlayaram”.

Uzun illərin duet ortağı, romantik sevgililər Musa Musayev və Təranə Qumral cütlüyü qalmaqalla ayrılıb.

Musa Musayev Təranə Qumralı xəyanətdə ittiham edir. Belə ki, Təranə Qumralın mütəmadi olaraq telefon vasitəsilə başqa bir kişi ilə danışdığını, onların arasında gizli münasibətlərin olduğunu təsbit edib. Məlumatda o da bildirilir ki, cütlük arasında yaranan münaqişə polis orqanları tərəfindən araşdırılır.

Musa Musayevin etibarlı mənbəyə verdiyi açıqlamaya görə, o, Təranə Qumralla yollarını ayırıb. “Mən indən belə onun yanına qayıtsam, başıma arvad kimi yaylıq bağlayaram”, - deyə M.Musayev açıqlama verib.

Oxumeni qazetinin etibarlı mənbədən əldə etdiyi ən son məlumata görə, cütlük təxminən 2 həftə əvvəl Nərimanov Rayon Məhkəməsində rəsmi qaydada boşanıb.

Lakin bu xəbər tərəflərin razılığı ilə mətbuatdan gizli saxlanılıb. Fakta aydınlıq gətirmək üçün Musa Musayevlə əlaqə saxladıq. Müğənni deyilənləri təsdiqləyərək ayrılmaqlarının səbəbini açıqladı.

“Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Dünən yataq otağında Təranənin onunla gizli danışığını tutdum. Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. O, məndən 17-ci Polis Bölməsinə şikayət edib, - deyə açıqlama verən M.Musayev həyatının uzun illərini Təranə Qumrala həsr etdiyi üçün peşman olduğunu sözlərinə əlavə etdi. - Ona görə uzun illərdir Cabbarla küsülü idim. Onu çox sevirdim, inanırdım. Amma sən demə... Məni şəmkirli biznesmenlə aldatdı. Özü mənə dedi ki, daha məni sevmir, onu sevir”.

Xatırladaq ki, Təranə Qumral 2 nəvənin nənəsidir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri