"Bank Standard"ın idarəçiliyi Xalid Əhədova həvalə olunub
- 12.07.2016, 22:12,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
12 iyul 2016-cı il tarixində "Bank Standard" KB-nın müvəqqəti inzibatçısı tərəfindən Xalid Əhədov banka baş direktor təyin olunub.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) APA-ya verilən məlumata görə, "Bank Standard"da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə MBNP tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib, kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə 4 iyul 2016-cı il tarixinədək moratorium tətbiq olunub.
Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan "Azər-Türk Bank" ASC vasitəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunub.
Sanasiya proqramı çərçivəsində, X. Əhədov bankın İdarə Heyətinin sədri səlahiyyətlərini icra edərək, 3 avqust 2016-cı il tarixinədək "Bank Standard"ın idarəetmə orqanlarını formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.