Peruda avtobusun çaya düşməsi nəticəsində ən azı 30 nəfər ölüb

Peruda avtobus çaya düşüb, nəticədə 30-dan çox insan ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ehtimallara görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxuya getməsi olub.

Məlumata görə, insident ölkənin mərkəzi hissəsində yerləşən San Ramon şəhərində baş verib. Avtobusda cəmi 52 sərnişin olub, onlardan 9-u itkin düşmüş hesab olunur.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri