Tərtərdə qardaş bacısının boğazını kəsib
- 15.07.2016, 03:55,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tərtər rayonunda bacısının boğazını kəsən şəxs tutulub.
APA-nın məlumatına görə, hadisəni törədən Taleh Alızadə Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
***
Tərtər rayonunda qardaş bacısının boğazını kəsib.
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Alızadə Cəmilə Valeh qızı boğaz nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumata görə, hadisəni C. Alızadənin qardaşı qısqanclıq zəminində törədib.
Faktla bağlı Tərtər polisi tərəfindən araşdırma aparılır.