“Sovetski”də köçürmə və söküntü sahəsində son durum açıqlanıb
- 17.07.2016, 12:27,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərinin Baş Planına əsasən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir.
Yasamal Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, kiçiksahəli mənzillərin sakinlərinin yeni mənzillərlə təmin edilməsi istiqamətində işlər icra olunub.
Artıq Nərimanov rayonu ərazisində doqquzmərtəbəli tamamilə rekonstruksiya olunmuş binalarda 104 ailə ikiotaqlı və 120 ailə birotaqlı yeni mənzillərə köçürülüb. İyulun 1-dək 8769 ünvanda ölçü işləri aparılıb, 3432 ünvanda razılaşma protokolu imzalanıb, 3273 daşınmaz əmlak sahiblərinə vəsait ödənilib, 2848 ünvanda daşınmaz əmlakın sökülməsi başa çatdırılıb.