Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi Bakıda yaranan tıxacla bağlı sürücülərə müraciət edib

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi Bakıda yaranan tıxacla bağlı sürücülərə müraciət edib Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.


Mərkəzdən APA-ya verilən məlumata görə, paytaxtın Neftçilər prospektindən Azadlıq meydanına qədər, Cavanşir körpüsündən şəhər istiqamətinə, Metronun “Koroğlu” stansiyasından Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində tıxac yaranıb.



Yaranan tıxacın qarşısını almaq üçün Cavanşir körpüsündə yol iki tərəfli olub.



NİİM-in sürücülərə müraciətində bildirilib ki, şəhər istiqamətinə hərəkət edərkən, paytaxtın 28 May küçəsindən istifadə etsinlər.
Şərhlər
Sosial bölməsinin xəbərləri