Azərbaycanda Baş Prokurorluq 224 min manatlıq korrupsiya faktının üstünü açıb
- 20.06.2013, 11:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılmış araşdırmalarla Bakı şəhərində fəaliyyət göstərən “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətində çatışmazlıqlar aşkar olunub.
Müəyyən edilib ki, 2011-2013-cü illərdə cəmiyyətdə mühasib və baş mühasib vəzifələrində işləyərkən Nazim Zeynalov sığorta xidmətlərindən nağd şəkildə daxil olmuş 224 min 800 manat məbləğində pul vəsaitini kassaya mədaxil etməyərək mənimsəyib və bununla da cəmiyyətə külli miqdarda ziyan vurub.
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.