Bakıda avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb
- 22.07.2016, 14:21,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakinləri - Rüstəm Əsədovun idarə etdiyi “VAZ-2107” və Vasif Əliyevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə R.Əsədov və 3 sərnişini, habelə V.Əliyev və 1 sərnişini xəstəxanaya yerləşdirilib, R.Əsədov və Zahir Əliyev orada ölüb.
Faktla bağlı araşdırma aparılır.