Münhendə silahlı insident nəticəsində ölənlərin sayı 6-ya çatıb

Münhendə silahlı insident nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Münhen polisinin nümayəndəsi bildirib.

“İndiyədək tərəfimizdən 6 ölüm faktı qeydə alınıb”, polis rəsmisi qeyd edib.

O, silahlıların kimliyi və motivləri barədə məlumat verməyib.

Hadisəni üç nəfərin törətdiyi ehtimal edilir, onların axtarışı istiqamətində əməliyyat davam etdirilir.

***

Münhendə baş verən silahlı insident zamanı 3 nəfər ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Bavariya polisinin nümayəndəsi bildirib.

Münhendə xüsusi əməliyyat davam edir. Silahlı insidentlə əlaqədar şəhərdə ictimai nəqliyyatın hərəkəti tam dayandırılıb. Təsdiqlənməmiş məlumata görə, “Olympia” ticarət mərkəzində üç nəfər atəş açıb.


***

Polis Münhendə “Olympia” ticarət mərkəzində silahlı insident nəticəsində ölən və yaralıların olduğunu təsdiqləyib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onların sayı barədə hələ ki, rəsmi məlumat verilmir.

İlkin məlumata görə, bir və yaxud bir neçə silahlı ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb.

Bununla belə şahidlər Münhenin ayrı-ayrı bölgələrində də atəş səslərinin eşidildiyini bildirir.

***


Almaniyanın Münhen şəhərində silahlı insident baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.

Bəzi KİV-lər hadisə nəticəsində 1 nəfərdən 15 nəfərədək insanın öldüyünü bildirir. Hadisə yerində əməliyyatın keçirildiyi qeyd olunur.
Şərhlər
Dünya bölməsinin xəbərləri