Brilyant Dadaşova gizli çimərlik fotolarını çəkəni məhkəməyə verir

Xalq artisti Brilyant Dadaşovanın hovuzda günəşlənərkən gizli kameralardan çəkilən çimərlik geyimində fotolarının sosial mediada qeyri-müəyyən yollarla yayılması müğənninin ciddi narahatlığına səbəb olub.

Live.az Oxu.Az-a istinadän xəbər verir ki, şəhərin qapalı məkanlarından birində idmandan sonra hovuz kənarında istirahət edən xalq artistinin fotoları özündən xəbərsiz çəkilib.

Müğənninin mətbuat xidmətindən bununla bağlı verilən açıqlamada bildirilib:

“Dünya təcrübəsində yay mövsümündə belə paparassi fotoların yayımı tez-tez rast gəlinsə də, bu, Brilyant xanım üçün yolverilməzdir. Artıq məsələ ilə bağlı aidiyyəti qurumlar məşğul olur və səbəbkarların axtarışına başlanılıb. Həmin məkanın gizli kameralarının görüntüləri əsasında axtarışlara start verilib. Səbəbkarlar tapılan kimi mütləq qanun çərçivəsində cəzalanacaqlar”.


Brilyant Dadaşova gizli çimərlik fotolarını çəkəni məhkəməyə verir
Brilyant Dadaşova gizli çimərlik fotolarını çəkəni məhkəməyə verir
Brilyant Dadaşova gizli çimərlik fotolarını çəkəni məhkəməyə verir
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri