FİFA: 2026-сı ildə futbol üzrə dünya çempionatında 40 komanda çıxış edəcək

"DÇ-2026"da çıxış edəcək komandaların sayı bəli olub.

APA xəbər verir ki, bu barədə FİFA-nın prezidenti Canni İnfantino məlumat verib.

Ali futbol qurumunun rəhbəri bildirib ki, 10 il sonra keçiriləcək dünya çempionatında 40 komanda iştirak edəcək. O, bu addımı atmaqla Afrika və digər ölkələrə jest edəcəklərini düşünür.

Bundan başqa, İnfantino təklifin özünəməxsus olduğunu qeyd edib. O, fikrini rəsmiləşdirmək üçün lazımı şəxslərlə görüşəcəyini də söyləyib.

Xatırladaq ki, dünya çempionatının final mərhələsinin mövcud formatına əsasən, yarışda 32 milli komanda mübarizə aparır.
Şərhlər
İdman bölməsinin xəbərləri