Həmsədrlər prezidentlərin növbəti görüşündən irəliləyiş gözləyirlər

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşündən irəliləyiş gözləyir.

APA-nın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik deyib. “Vyana və Sankt-Peterburqdakı görüşlər təmas xətti və Ermənistan-Azərbaycan sərhədində nisbi stabilliyin təmin edilməsi və gərginliyin azaldılmasında rol oynayıb. Prezidentlər arasında gözlənilən görüş tərəflərin atəşkəs rejiminə sadiqliyini nümayiş etdirməlidir. Gözləyirik ki, növbəti görüş tərəflər arasında gərginliyin azaldılmasına yönəlik danışıqlar prosesində nailiyyətin əldə edilməsinə töhfə verəcək” - deyə, C. Uorlik bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri arasında sonuncu görüş iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri