Roman Qriqorçuk: “Lill”ə qarşı müdafiədən oynamayacağıq”
- 28.07.2016, 03:17,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Liqasının III təsnifat mərhələsinin sabah keçiriləcək “Lill” – “Qəbələ” oyunu öncəsi mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin matçla bağlı suallarını cavablandırıb.
- “Qarabağ” “Viktoriya” ilə oyunda müdafiədən oynadı. “Qəbələ” də eyni oyun tərzinə üstünlük verəcək?
- “Qarabağ”ın oyununa tam baxmadım. Ona görə də dəqiq bir söz deyə bilmərəm. “Qarabağ”a Bakıdakı oyunda uğurlar arzulayıram. Sabah müdafiədən oynamayacağıq. Biz belə oyunun tərəfdarı deyilik. Ağıllı və səliqəli hücum futbolu oynamalıyıq.
- “Lill” haqda nə bilirsiniz? Ən çox nədən ehtiyatlanırsınız?
- “Lill” haqda məlumatım az deyil. Rəqibin çoxlu sürətli oyunçuları var. Bu, onların üstünlüyüdür.
- Sabahkı oyun üçün komandanızda hansı çatışmazlıqlar mövcuddur?
- Mən komandamdan razıyam. Qısa müddətdə çox şeyə nail olduq. Əsas odur istədiyimiz futbol üslubunu görürük. Sabahkı oyun bizim üçün ciddi test olacaq. Çünki cari mövsüm bu səviyyədə güclü komanda ilə qarşılaşmamışıq.