"Fitch" neftin qiyməti üzrə proqnozu 20% artırıb
- 28.07.2016, 03:19,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Fitch" Beynəlxalq Reytinq Agentliyi 2016-cı il üçün neftin qiymətinin proqnozunu 20 % - bir barel üçün 35 dollardan 42 dollaradək artırıb.
APA-in məlumatına görə, bu barədə Fitch-in açıqlamasında bildirilir.
Agentliyin yeni proqnozuna əsasən, ilin ikinci yarısında neft qiymətləri sabitləşəcək. Uzunmüddətli perspektivdə “Fitch” neftin qiymətinin 65$ səviyyəsinə çatacağını gözləyir.