Bakıda ana azyaşlı övladı ilə birgə intihara cəhd edib

Bakıda intihara cəhd faktları baş verib.


APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 19-da Fizuli rayon sakini Afət Hüseynova, oğlu azyaşlı Fəqanla birgə intihar məqsədi ilə özünü Milli Parkda dənizə atmağa cəhd göstərib. Cəhdin qarşısı Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən alınıb.



Digər hadisə isə Qaradağ rayonunda qeydə alınıb. Cəlilabad rayon sakini Rəqsanə Salmanova rayon ərazisində intihar məqsədi ilə özünü körpüdən atmağa cəhd göstərib. Cəhdin qarşısı Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları tərəfindən alınmışdır.



Milli Parkda daha bir intihar cəhdi qeydə alınıb. Bakı şəhər sakini Ülviyyə Mahmudova intihar məqsədi ilə özünü dənizə atıb. Ü. Mahmudova həmin ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sudan çıxarılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri