Dövlət Departamenti Türkiyədə çevriliş cəhdinin arxasında ABŞ-ın dayanması haqda iddialara münasibət bildirib

ABŞ Dövlət Departamenti Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdin arxasında ABŞ-ın dayanması ilə bağlı iddialara münasibət bildirib.

APA-nın məlumatına görə, Dövlət Departamentinin mətbuat katibi Elizabet Trudeu ABŞ-ın Türkiyə hökuməti və xalqını dəstəklədiyini bildirib: “Bu iddialar tamamilə əsassızdır. Biz demokratik yolla seçilmiş Türkiyə hökumətini və Türkiyə xalqını dəstəkləyirik”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri