Boliviyada toqquşmalarda yaralananların sayı 318-ə çatıb
- 13.08.2016, 12:16,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Boliviyada polislə şaxtaçılar arasında baş vermiş toqquşmalarda yaralananların sayı 318-ə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Boliviyanın daxili işlər naziri Karlos Romero bildirib.
Onun sözlərinə görə xəsarət alanlardan 100-ə yaxını hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Şaxtaçılar bir sıra magistral yollarını bağlayıblar. Onlar kooperativlər haqqında qanuna dəyişikliklərin edilməsinə qarşı etirazlarını bildirirlər. Dəyişikliklərin nədən ibarət olması barədə məlumat verilmir.
***
Boliviyada polislə şaxtaçılar arasında baş vermiş toqquşmada 40 asayiş keşikçisi xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, şaxtaçılar paytaxt La Pasla Oruro şəhəri arasında yolları bağlayıblar. Onlar kooperativlər haqqında qanuna dəyişikliklərin edilməsinə qarşı etirazlarını bildiriblər. Etiraz aksiyası polislə toqquşmalarla nəticələnib.
Polis nümayəndəsinin sözlərinə görə, şaxtaçılar onlarla hüquq-mühafizə orqanları əməkdaşını girov götürüb. Onlar bir gün sonra sərbəst buraxılıblar. Avqustun 13-də etirazçılar həmçinin La Pas departamentində yolları müvəqqəti olaraq açmaq qərarına gəliblər.