ABŞ-ın vitse prezidenti Türkiyəyə səfər edəcək

ABŞ-ın vitse prezidenti Co Bayden Türkiyəyə səfər edəcək.

APA-nın Milliyet.com.tr-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin baş naziri Bineli Yıldırım Çankaya köşkündə media nümayəndələri ilə görüşündə deyib. O, səfərin avqustun 24-də baş tutacağını bildirib.

B. Yıldırım Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə əlaqədar ABŞ-ın mövqeyinin yaxşıya doğru dəyişdiyini deyib: “15 iyuldan sonra ABŞ-ın mövqeyi yaxşıya doğru dəyişib və hərəkət keçiblər”.
Şərhlər
Dünya bölməsinin xəbərləri