Yevlaxda qətl hadisəsi baş verib
- 13.08.2016, 19:48,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yevlax rayonunda qətlə yetirilən şəxsin və qətli törədənin kimliyi məlum olub. APA-nın xəbərinə görə, Yevlax şəhər sakini 1992-ci il təvəllüdlü Məmmədov Sadiq Cəlil oğlu çalışdığı çayxanada baş verən münaqişə zəminində üstündə gəzdirdiyi bıçaqla çayxananın sahibi, 45 yaşlı Musayev Valeh Sabir oğlunu bıçaqlayaraq öldürüb.
Yevlax rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, hadisə yerində saxlanılan S. Məmmədov ilkin dindirmə zamanı əməlini etiraf edib.
Yevlax rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
***
Yevlaxda qətl hadisəsi baş verib.
APA-nın xəbərinə görə, Səbuhi adlı ofisiant işlədiyi çay evinin sahibini münaqişə zəminində bıçaqlayaraq öldürüb.
Məlumata görə, hadisə yerinə gələn Yevlax rayon polis Şöbəsinin əməkdaşları cinayəti törədən şəxsi yaxalayıb.
Faktla bağlı Yevlax rayon Prokrorluğunda araşdırma aparılır.