Sankt-Peterburqda əməliyyat zamanı 4 silahlı öldürülüb

Sankt-Peterburqda əməliyyat zamanı 4 silahlı öldürülüb.

APA-nın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib.

Onun sözlərinə görə, zərərsizləşdirilmiş cinayətkarlar Şimali Qafqaz regionunda qanunsuz silahlı birləşmələrin tərkibində iştiraka görə federal axtarışda olublar.

Əməliyyat zamanı daha 3 yaraqlı tutulub, dinc əhali və polis əməkdaşları arasında xəsarət alan olmayıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri