ETSN: Bakı-Şamaxı-Yevlax yolunda tikinti işləri elə aparılmalıdır ki, sürüşmə baş verməsin
- 20.06.2013, 23:32,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı-Şamaxı-Yevlax yolunda qeydə alınan uçqunlara münasibət bildirib.
ETSN-in Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında deyib ki, Bakı-Şamaxı-Yevlax yolunun 105-ci kilometri sürüşmə sahəsi olduğu üçün orada mütəmadi belə uçqunlar olur. Onun sözlərinə görə, həmin yolun 105-ci km-nin sağ tərəfi çay yamacıdır: “Ərazidə yağan yağışlar nəticəsində də sürüşmə sahəsində uçqunlar qeydə alınır. Həmin ərazidə sürüşmənin qarşısını almaq üçün təkliflərimizi hələ bir neçə il öncə vermişik. Bu gün Bakı-Şamaxı-Yevlax yoluna alternativ ikinci yol çəkilir. Təmir işləri hələki 105-ci km əraziyə çatmayıb. Hazırda həmin ərazidə xüsusi tədqiqat işləri aparılır. Orada ikinci yolun çəkilişlər zamanı yəqin ki, müvafiq tədbirlər və bərkitmə işləri görüləcək. Çünki tikinti elə aparılmalıdır ki, sürüşmə baş verməsin”.