Quba sakini "Facebook"da intihar edəcəyini yazdıqdan sonra özünü

Quba rayon sakini intihar edib.

APA-nın verdiyi məlumata görə, rayonun Xaltan kənd sakini, 1961-ci il təvəllüdlü Bayram Seyidov özünü yaşadığı evdə asıb. İntiharın səbəbləri məlum deyil.

İntihar etməzdən öncə o bu barədə "Facebook" səhifəsində yazıb.

Uzun müddət müəllim işləmiş B. Seyidov təqaüddə olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri