Nazir: "Azərbaycan və Koreya coğrafi cəhətdən uzaq olsa da,ümumi cəhətləri çoxdur"

"Koreya və Azərbaycan dinamik inkişaf baxımından bir-birini çox yaxşı anlayır".

APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə Koreyanın daxili işlər naziri Honq Yun-Sık deyib.

O bildirib ki, bugünkü Azərbaycan-Koreya əməkdaşlıq forumu iki ölkə arasında əlaqələrin genişlənməsi və Koreya təcrübənin bölüşülməsi məqsədini daşıyır: "Koreya və Azərbaycan vətəndaşların ictmai durumunun inkişafı üçün əldən gələni edəcəyinə ümid edirəm. İki ölkə coğrafi cəhətdən uzaq olsa da, ümumi cəhətləri çoxdur. Hər iki ölkənin dili Altay dil qrupuna aiddir və qrammatik quruluşları eynidir. Hər iki ölkə uzun illər qonşu dövlətlərin hücumuna məruz qalıb və dövlətini qurub. İki ölkə arasında diplomatik münasibətlərin 25 ili tamam olub. Bu müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız yüksək səviyyədə olub. Gələcəkdə qarşılıqlı əməkdaşlıq üçün qarşılıqlı mübadilələr həyata keçiriləcək. Bu forum gələcəkdə müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcək, bizim Azərbaycanda layihələr həyata keçirməyimizin təməli qoyulacaq. Ümid edirəm əməkdaşlığımız daha da çiçəklənəcək".
Şərhlər
Siyasət bölməsinin xəbərləri