Rio-2016: Azərbaycan boksçusu ilk dəfə Olimpiya oyunlarının finalına yüksəlib

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

APA-nın məlumatına görə, bu gün Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşünə çıxıb.

64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb. Avropa Oyunlarının qalibi rəqibini mübarizədən kənarlaşdıraraq (3:0) boks tariximizdə yeni səhifə açıb. Çünki Olimpiadalarda indiyədək finalçımız olmayıb.

Lorenzonun həlledici görüşdəki rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olacaq. Qızıl uğrunda döyüş 21 avqust saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Sotomayor yarımfinaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili və kubalı Yasnier Toledonu mübarizədən kənarlaşdırıb.

Boks yığmamızın hesabında isə hələlik 1 bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.
Şərhlər
İdman bölməsinin xəbərləri