Azərbaycan güləşçiləri Toğrul Əsgərov və Xetaq Qazyumov Olimpiadada gümüş medal qazanıblar

Azərbaycan güləşçiləri Toğrul Əsgərov və Xetaq Qazyumov Olimpiadada gümüş medal qazanıblar Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan güləşçisi Xetaq Qazyumov final görüşünü keçirib.

APA-nın məlumatına görə, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda son dünya çempionu, ABŞ təmsilçisi Frederik Kayl Sneyder ilə güləşib. Bunadək bütün rəqiblərini məğlub edən Xetaq Qazyumov bu dəfə qələbə qazana bilməyib.

Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.

***


Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan güləşçisi Toğrul Əsgərov final görüşünü keçirib.

APA-nın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Rusiya təmsilçisi Soslan Ramonov ilə güləşib.


Bunadək bütün rəqiblərini məğlub edən Toğrul Əsgərov bu dəfə qələbə qazana bilməyib.


Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.


***

Toğrul Əsgərov və Xetaq Qazyumov finala çıxıblar!

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçisi Xetaq Qazyumov növbəti görüşə çıxıb.

APA-nın məlumatına görə, Azərbaycan güləşçisinin yarımfinal mərhələsində rəqibi ukraynalı Valeri Anditsev olub.

X. Qazyumov 11:0 hesabı ilə qalib gələrək finala çıxıb.




***

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov növbəti görüşə çıxıb.

APA-nın məlumatına görə, T. Əsgərovun yarımfinalda rəqibi italiyalı Frank Markez Xamizon olub.

T. Əsgərov 7:4 hesabı ilə görüşdə qalib gəlib.


***

saat 17.37

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçisi Xetaq Qazyumov növbəti görüşə çıxıb.

APA-nın məlumatına görə, Azərbaycan güləşçisinin 1/4 final mərhələsində rəqibi özbəkistanlı Maqomed İbraqimov olub.


X. Qazyumov 12:3 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.

***

saat 17.00


Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov 1/4 finalda mübarizə aparıb.

APA-nın məlumatına görə, onun rəqibi Frank Molinaro (ABŞ) olub.

T. Əsgərov görüşdə 12:2 hesabı ilə qalib gəlib.


***

16.50

Azərbaycan güləşçisi Xetaq Qazyumov 1/8 final mərhələsində qalib gəlib.

APA-nın məlumatına görə,X. Qazyumovun rəqibi iranlı Mohammed Ali Reza Yazdani olub.

Gərgin döyüşü 2:1 hesablı qələbə ilə ilə başa vuran Xetaq 1/4 finala yüksəlib.



***

16.06


Bu gün Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov yarışa 1/8 finaldan start verib.

APA-nın məlumatına görə, onun ilk rəqibi ukraynalı Andrey Kvyatovski olub.

To. Əsgərov görüşdə qalib gəlib. Pəhləvanımızın 1/4 finalda rəqibi Maqomedmurad Qacıyev (Polşa)/Frank Molinaro (ABŞ) cütünün qalibi olacaq.

***

saat 15.58


Bu gün Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının üzvü, sərbəst güləşçi Xetaq Qazyumovun təsnifat mərhələsində ilk görüşü olub.

APA-nın məlumatına görə, İki Olimpiadanın (Pekin-2008 və London-2012) və dünya çempionatının bürünc, Avropa çempionatının gümüş, “Bakı-2015” Avropa Oyunlarının isə qızıl mükafatçısı olan pəhləvanımızın rəqibi Polşa güləşçisi Radoslav Baran olub.

Görüş X. Qazyumovun qələbəsi ilə başa çatıb.


Azərbaycan güləşçiləri Toğrul Əsgərov və Xetaq Qazyumov Olimpiadada gümüş medal qazanıblar
Azərbaycan güləşçiləri Toğrul Əsgərov və Xetaq Qazyumov Olimpiadada gümüş medal qazanıblar
Azərbaycan güləşçiləri Toğrul Əsgərov və Xetaq Qazyumov Olimpiadada gümüş medal qazanıblar
Azərbaycan güləşçiləri Toğrul Əsgərov və Xetaq Qazyumov Olimpiadada gümüş medal qazanıblar
Azərbaycan güləşçiləri Toğrul Əsgərov və Xetaq Qazyumov Olimpiadada gümüş medal qazanıblar
Şərhlər
İdman bölməsinin xəbərləri