Ərdoğan: Qaziantepdə partlayışı 12-14 yaşlı uşaq törədib, ölənlərin sayı 51 nəfərə çatıb
- 21.08.2016, 20:26,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep şəhərində toy mərasimində partlayışın 12-14 yaşlı canlı bomba tərəfindən törədildiyini bildirib.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, toy mərasimində 12-14 yaşlı uşaq özünü partladıb, ya da uşağın üzərindəki partlayıcı qurğu kənardan işə salınıb.
Türkiyə prezidenti partlayış nəticəsində ölənlərin sayının 51 nəfərə çatdığını, 17-i ağır olmaqla, 69 yaralının müalicəsinin davam etdirildiyini qeyd edib. R. T. Ərdoğan hüquq-mühafizə orqanlarının ilkin versiyasının partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi olduğunu da nəzərə çatdırıb.