Osloda konsert zalının tavanı uçub, 15 nəfər xəsarət alıb

Norveçin paytaxtı Osloda “Sentrum Scenе” konsert zalının tavanının qismən uçması nəticəsində 15 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident zalda yeni təhsil ilinin başlanılması ilə əlaqədar tədbirin keçirilməsi zamanı baş tutub.

1800 tamaşaçı tutumuna malik olan “Sentrum Scenе”-də təxliyə tədbiri həyata keçirilib. Hadisənin başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.
Şərhlər
Dünya bölməsinin xəbərləri