Xoşbəxt Yusifzadə: AÇG-də Azərbaycanın mənfəət neftinin payı 60 faizə çatacaq
- 22.08.2016, 13:33,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
1997-ci ilin noyabrından bu günədək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokundan 404,1 milyon ton neft və 123 milyard səmt qazı hasil edilib.
Trend-in məlumatına görə, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə SOCAR-ın yay məktəbinin açılışında deyib.
Onun sözlərinə görə, blokda hasilat 102 quyuda aparılır: "Aylıq hasilat həcmi (yataqlar blokundan) 2,8 milyon ton neft və 1,1 milyard kubmetr qaz təşkil edir.
X.Yusifzadə qeyd edib ki, AÇG-dəki hasilatın ümumi həcmindən 224 milyon tonu (55,43 faiz) Azərbaycanın mənfəət neftinin payına düşür: "Bu ilin sonunadək Azərbaycanın payına düşən mənfəət neftinin payı 60 faiz təşkil edəcək".