Leysan yağışlar nəticəsində çaylarda suyun səviyyəsində 10-100 sm artım olub

Son günlər yağan leysan xarakterli yağışlar nəticəsində Azərbaycanın əsasən Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 10-100 sm artım müşahidə olunub.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-200 sm, Kiçik Qafqaz çaylarında 80-90, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.



İyunun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 23 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla, ongünlük normanın 41 faizini təşkil edir. Bu gün Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 52 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 144 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir.



İyunun 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 12, Araz çayının Novruzlu məntəqəsində 30 sm azalma, Surrada 3, Bankədə 12 sm artım qeydə alınıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri