Lavrov: “Yalnız Rusiya və İran hərbçiləri Suriya rəhbərliyinin razılığı ilə ölkəyə daxil olub”
- 27.08.2016, 21:46,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yalnız Rusiya və İran hərbçiləri Suriya rəhbərliyinin razılığı ilə ölkəyə daxil olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib.
“Hazırda Suriyada bir neçə ölkə öz hərbçiləri ilə təmsil olunur. Lakin onlar bunu Suriya rəhbərliyinin razılığı ilə etməyib. Rəsmi Dəməşqin razılığı ilə yalnız Rusiya və İran hərbi kontingenti yerləşdirilib. Reallıq budur”, deyə S.Lavrov bildirib.
İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş olub. Danışıqlar fasilələrlə 12 saatdan çox davam edib. Danışıqların yekunların dair Lavrov və Kerri birgə mətbuat konfransı keçiriblər.