Vyana hava limanında 50-yə yaxın uçuş ləğv edilib

Vyananın “Şvehat” beynəlxalaq hava limanında 50-dək uçuş təxirə salınıb və yaxud ləğv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb Avropa ölkələrində hava nəqliyyatının hərəkətinə nəzarət edən “Avronəzarət”-lə Avstriyanın müvafiq təşkilatı arasında yaranan texniki problem olub.

Avqustun 28-də tək “Avstriya hava yolları” aviaşirkətinin 30 aviareysi ləğv edilib. Bundan əlavə İsveçrənin SWISS, Almaniyanın “Lufthansa”, “Germanwings” , “Eurowings”, İspaniyanın “İberiya” və bir sıra digər aviaşirkətlərin Vyanadan uçuşları təxirə salınıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri