Özbəkistan prezidentinin insult keçirməsi barədə xəbər yayılıb
- 29.08.2016, 10:27,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Özbəkistan prezidenti İslam Kərimov insult keçirməsi səbəbindən avqustun 27-də xəstəxanaya yerləşdirilib.
APA-nın məlumatına görə, bu barədə “Fərqanə” agentliyi Daşkənddəki mənbələrə istinadən məlumat yayıb.
Agentlik İ. Kərimovun Daşkənddəki iqamətgahının milis və xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən üçqat əhatəyə alındığını yazıb. Daşkəndə xaricdən prezidentin xəstəliyi barədə məlumatlı olan həkimlər gəliblər.
Ancaq hələ ki, bu məlumat rəsmən təsdiqlənməyib.
***
Özbəkistan prezidenti İslam Kərimov xəstəxanaya yerləşdirilib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Özbəkistan Nazirlər Kabineti İ. Kərimovun stasionar müalicə aldığını açıqlayıb.
Özbəkistan prezidentinin xəstəliyi və konkret müalicə müddəti ilə bağlı məlumat verilmir. Məlumatda qeyd edilib ki, tam tibbi müayinə və növbəti müalicə müəyyən müddət tələb edir.
Qeyd edək ki. Özbəkistan prezidenti İ. Kərimovun 78 yaşı var.