Bakıda qətlə yetirilən kişinin şəxsiyyəti müəyyənləşib

İyunun 20-də Bakıda qətlə yetirilən kişinin şəxsiyyəti müəyyənləşib.


Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov rayonu Daş Karxanası küçəsində Ordubad rayon sakini Rasim Nağıyevin üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti tapılıb.



Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələ müəyyənləşməyib. Faktla bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri