Ağ Ev: Pekində Obama ilə Putin arasında qeyri-rəsmi görüş keçirilə bilər

Bu yaxınlarda Pekində baş tutacaq “G-20” sammitində ABŞ və Rusiya prezidentlərinin qeyri-rəsmi görüşü keçirilə bilər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin köməkçisi Ben Rods bəyan edib.

“İkitərəfli rəsmi görüş nəzərdə tutulmayıb. Lakin biz həmişə ABŞ və Rusiya prezidentlərinin birgə iştirak etdikləri sammitlərdə qeyri-rəsmi də olsa bir araya gəlmələrinə çalışırıq. Güman edirəm ki, prezidentlər Suriya və Ukraynadakı vəziyyəti müzakirə etməyə imkan tapacaqlar”, deyə B.Rods bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri