Günay İbrahimli yeni layihədə
- 30.08.2016, 19:18,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanlı dizayner Yeganə Sadıxova gənc və məşhur müğənni Günay İbrahimli ilə müştərək layihəsini təqdim edib.
Live.az-ın məlumatına görə, G. Ibrahimlinin yeni “«Biri var orda" adlı mahnısına çəkilən klipində modelyerin geyimlərindən istifadə edilib. Müğənni həmin ekran işində tam fərqli üç fərqli obrazda görünür.
Qeyd edək ki, G. İbrahimli dizaynerlə 3 il əvvəl də birgə çalışıb. Müğənnin 2013-cü ildə Yaşıl Teatrdakı konsertində də geyimlər Yeganə xanıma məxsus olub. Həmin geyimlər hələ də müzakirə mövzusudur”.
Klipdən olan fotoların müəllifi 1STudio və fotoqraf Samir Atabəydir.