İspaniya parlamenti Mariano Rahoyu yenidən baş nazir vəzifəsinə təsdiq etməyib

İspaniya parlamentinin aşağı palatası Xalq partiyasının lideri, baş nazirin səlahiyyətlərini icra edən Mariano Rahoyu nazirlər kabinetinin rəhbəri vəzifəsinə yenidən təsdiq etməyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermənin ikinci turunda M.Rahoyun lehinə 170, əleyhinə isə 180 deputat səs verib.

Qeyd edək ki, avqustun 31-də baş tutan səsvermədə eyni nəticə əldə edilmişdi. Bununla əlaqədar İspaniyada parlamentin hər iki palatası buraxılaraq yeni seçkilər təyin edilə bilər.
Şərhlər
Dünya bölməsinin xəbərləri