Azərbaycanlı gənc rəqqasə Renka Ağamuradova hər kəsi təəcübləndirib.
Rəqqasə bu dəfə Bakının mərkəzində göbək rəqsi oynayıb. Belə ki, günorta vaxtı Heydər Əliyev adına Respublika Sarayının yaxınlığına avtomobili saxlayan xanım rəqs etməyə başlayıb. Rəfiqələri də ona qoşulub və maraqlı görüntülər ortaya çıxıb.
Həmin ərazidən keçən sürücülər də bu hala təəcübləniblər və bəziləri siqnal veriblər.
Rəqqasənn bu videosu sosial şəbəkələrdə maraqla qarşılanıb. Renkanın səhifəsində baxış sayı artıq 200.000 keçib. Həmçinin başqa səhifələrdə paylaşılıb və daha minlərlə baxılıb.