Gəncədə polis döyülüb
- 21.06.2013, 18:52,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Samux rayon Polis Şöbəsi əməkdaşı Gəncədə döyülüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncənin Yeni Gəncə qəsəbəsində yerləşən “Bərəkət” kafesində baş verib. Məlumata görə, Samux rayon Polis Şöbəsinin Post Patrul Xidməti taqımının sıravi polisi, 1986-cı il təvəllüdlü Tural Hüseynov xidmətdən kənar vaxtda tanışı, 1987-ci il təvəllüdlü Qurban Səfərovla bir yerdə yemək yeyib. Sonra Q. Səfərov polis nəfərini təhqir edərək onu döyməyə başlayıb. Tural Hüseynov onu döyən tanışı barədə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə şikayət edib. Faktla bağlı araşdırma aparılır.